Unicapital ADA Universitetinin 12-ci karyera sərgisində

“Unicapital İnvestisiya Şirkəti” ASC 2 may tarixində ADA Universitetində “İstedadlarla karyera yolları arasında körpü” devizi altında keçirilən 12-ci karyera sərgisində iştirak edib.

Sərgidə ölkə üzrə tanınmış dövlət qurumlarının və həmçinin maliyyə sektorunun aparıcı şirkətlərinin nümayəndələri çıxış edib.

Ümumilikdə aprel ayının 16-dan başlayan “Karyera hazırlığı həftəsi” müddətində ADA Universitetinin məzun və tələbələri üçün təcrübə və iş imkanları yaradılıb.

Hazırda ölkəmizdə investisiya sahəsinə artan maraq fonunda, “Unicapital”da mövcud olan karyera imkanları gənclərdə böyük maraq doğurub.

Xatırladaq ki, keçdiyimiz günlərdə “Unicapital” İnvestisiya Şirkəti və ADA Universitetinin ikili əməkdaşlığı çərçivəsində, universitetin tələbələri üçün “Kapital bazarları” mövzusunda seminar həyata keçirmişdi.

Bütün bunlar, “Unicapital İnvestisiya Şirkətinin” ASC gənc nəslin investisiya sahəsi üzrə maarifləndirilməsini şirkətin uzun vədəli inkişaf perspektivlərində yer alan əsas prioritetlər cərgəsinə qoymasının bariz nümunəsidir.

Qeyd edək ki, “Unicapital” İnvestisiya Şirkəti artıq 17 ildir ki, fond bazarlarının peşəkar iştirakçısı kimi fəaliyyət göstərir. Nizamnamə Kapitalı 100%-lik “Unibank”-a məxsus olan şirkət, hazırda 800 000-i aşqın müştəri bazası ilə ölkəmizdəki ən böyük müştəri sayına sahib investisiya şirkətidir.

For consultation please leave a request

Your request has been sent successfully.

Unicapital ADA Universitetinin 12-ci karyera sərgisində

Thank You!

Your form has been succesufully send

Unicapital ADA Universitetinin 12-ci karyera sərgisində

Thank You!

Your form has been succesufully send

Unicapital ADA Universitetinin 12-ci karyera sərgisində

Thank You!

Your form has been succesufully send