Foreks bazarının həftəlik təqvimi və analitikası 15.04.24 - 21.04.24

UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:

Ötən həftə ABŞ-da inflyasiya səviyyəsinin dəyişməsi ilə bağlı baş verən son hadisələr

fonunda ekspertlər dünyanın aparıcı maliyyə xadimlərinin qarşıdan

gələn ictimai çıxışlarına xüsusi diqqət yetirəcəklər.

Bu, ABŞ Dolları ilə müqayisədə artıq azalma nümayiş etdirən

əsas valyuta məzənnələrinin hərəkətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Çərşənbə axşamı bir sıra çıxışlar planlaşdırılır: ABŞ FED-dən Jerome Pauell, İngiltərə Bankından

Endryu Bailey, Almaniya Mərkəzi Bankından Yoahim Nagel və Kanada Bankından Tiffe Mclem.

Bundan əlavə, bazarlar Avrozona və Böyük Britaniyada

investorlar üçün əsas ola biləcək yeni inflyasiya məlumatlarını gözləyir.

Bununla yanaşı, geosiyasi qeyri-sabitlik yaxın gələcəkdə

neftin qiymətinə təsir göstərməyə davam edir.

ABŞ

Bu həftə ABŞ-da pərakəndə satış həcmi, inşaat sənayesi və mənzil bazarı statistikası,

işsizlik müavinətləri üçün müraciət sayı və Filadelfiya Federal ehtiyat bankının

biznes fəaliyyəti indeksi ilə bağlı məlumatlar yayımlanacaq.

Bütün bu göstəricilər valyuta bazarında dolların məzənnəsinə təsir göstərə bilər.

15 aprel

16:30 – Pərakəndə satış həcminin baza indeksi (aylıq);

16:30 – Pərakəndə satış dövriyyəsi (aylıq).

16 aprel

21:15 – FED sədri Pauellin çıxışı.

17 aprel

18:30 – Neft ehtiyatında dəyişiklik (həftəlik).

18 aprel

16:30 – İşsizlik müavinətləri üzrə ərizələrin sayı (həftəlik);

16:30 – İstehsalda biznes aktivliyi indeksi (Filad. FED);

18:00 – İkinci mənzil bazarında satışlar.

Avrozona

Avropa Mərkəzi Bankının ötən həftə faiz dərəcələrini dəyişməz saxlamaq qərarı fonunda

investorların diqqəti bu həftə çərşənbə günü dərc

edilməli olan Avrozonada inflyasiya göstəricilərinə yönəldiləcək.

Mart ayının sonunda artımla kəsilən ardıcıl üç həftəlik enişdən sonra,

EURUSD cütlüyü üçün ötən həftə dollara qarşı kəskin bir pisləşmə ilə keçdi.

ABŞ və Avrozonada iqtisadi məlumatların yayımlanması fonunda cütlük əhəmiyyətli bir azalma göstərdi.

17 aprel

13:00 – İstehlak qiymətləri indeksi (illik).

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1,0812, 1,0981, 1,1076

- Eniş hədəfləri: 1,0548, 1,0453, 1,0284

Böyük Britaniya

Bu həftə İngiltərədə əmək bazarının vəziyyəti və istehlak qiymətləri indeksi ilə bağlı

müvafiq olaraq çərşənbə axşamı və çərşənbə günü dərc edilməsi planlaşdırılan mühüm məlumatlar olacaq.

Bundan əlavə, GBPUSD cütlüyünün dinamikasına əhəmiyyətli təsir göstərə biləcək

İngiltərə Bankının sədri Endryu Beylinin çıxışı var.

16 aprel

21:00 – İngiltərə Bank sədrinin çıxışı.

17 aprel

10:00 – İstehlak qiymətləri indeksi (illik);

20:00 – İngiltərə Bank sədrinin çıxışı.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1,2633, 1,2815, 1,2919

- Eniş hədəfləri: 1,2347, 1,2243, 1,2061

Neft

Yaxın Şərqdə artan geosiyasi qeyri-sabitlik, xüsusən də

İran və İsrail arasında hərbi qarşıdurmanın kəskinləşməsi,

tədarükün azalması və tələbin artması fonunda

neft qiymətləri yüksələn trayektoriyasını qoruya bilər.

Cari ticarət həftəsinin əvvəlində neftin qiymətinin

bir qədər aşağı düşməsindən sonra ekspertlər

bunu daha əlverişli şərtlərlə almaq şansı kimi görürlər.

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 87,37, 89,08, 90,49

- Eniş hədəfləri: 84,25, 82,84, 81,13

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 92,16, 93,86, 95,54

- Eniş hədəfləri: 88,78, 87,10, 85,40

Qızıl

Artıq yeddi həftə ərzində artımı müşahidə edən və

yeni rekordlar qıran qızıl da ötən həftə artaraq 2431-ə çatıb,

lakin ABŞ-da yüksək inflyasiya fonunda dolların möhkəmlənməsi səbəbindən

2344-ə enib və həftəni eyni səviyyədə başa vurub.

Avrozonada və Böyük Britaniyada cari həftənin qızıl qiymətlərində,

xüsusən də aparıcı bankirlərin gələcək çıxışları və istehlak qiymətləri indeksi

məlumatlarının dərc edilməsi fonunda əhəmiyyətli təsir göstərər bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 2.441,36 , 2.508,63, 2.568,46

- Eniş hədəfləri: 2.314,26, 2.254,43, 2.187,16

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/uforex_az

Ətraflı məlumat üçün sorğu göndərin

Sizin sorğunuz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 15.04.24 - 21.04.24

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 15.04.24 - 21.04.24

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

"UTrader"də daha sərfəli komissiyalarla ticarətə başlayın!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 15.04.24 - 21.04.24

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi